“Turan Tovuz” 32 ildən sonra avrokuboklarda


Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən növbəti matçda "Turan Tovuz" öz azarkeşləri önündə "Karvan-Yevlax"ı qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, Kurban Berdıyevin yetirmələri minimal hesablı (1:0) qələbə sayəsində vacib 3 xalı aktivinə yazdırıblar.
Qarşılaşmanın taleyini Ayxan Hüseynovun ilk hissənin sonuna əlavə olunmuş dəqiqədə vurduğu qol həll edib. Bu nəticə ilə Tovuz təmsilçisi rəsmən Avrokuboklara vəsiqəni təmin edib. Beləliklə, komanda tam 32 ildən sonra yenidən qitə səhnəsində ölkəmizi təmsil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top