Həmzət Çimayevin peşəkar karyerasındakı ilk məğlubiyyəti – Titulunu itirib


ABŞ-nin Nyuark şəhərində baş tutan "UFC 328" turniri gözlənilməz nəticə ilə yadda qalıb.
Yeniavaz.com
xəbər verir ki, orta çəki dərəcəsində kəmər sahibi olan BƏƏ təmsilçisi Həmzət Çimayev, amerikalı Şon Striklend ilə qarşılaşmada titulunu itirib.
Gərgin keçən beş raundluq mübarizənin sonunda hakimlər xalların hesablanmasında yekdil olmayıblar və qələbəni Striklendə veriblər. Bu, indiyədək məğlubedilməz sayılan və 15 qələbəsi olan Çimayevin peşəkar karyerasındakı ilk uğursuzluğudur. Qalib gələn Striklend isə aktivindəki qələbə sayını 31-ə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top