
Azərbaycan Premyer Liqasında XXXI tura bu gün keçiriləcək oyunlarla yekun vurulur.
Yeniavaz.com xəbər verir ki, günün açılış matçı Tovuzda baş tutacaq.
Yerli “Turan Tovuz” saat 17:00-da “Karvan-Yevlax” kollektivini sınağa çəkəcək. Turun sonuncu qarşılaşması isə paytaxtda, “Palms Sports Arena”da baş tutacaq. Burada “Neftçi” klubu saat 19:30-da “Şamaxı”nı qəbul edəcək.
17:00 – “Turan Tovuz” – “Karvan-Yevlax” (Tovuz şəhər stadionu)
19:30 – “Neftçi” – “Şamaxı” (“Palms Sports Arena”)
Tətbiqimizi yükləyə bilərsiniz