
İran Futbol Federasiyası 2026-cı il Dünya Kubokunda iştirak üçün zəmanət tələb edib və 10 şərt irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
“Biz mütləq 2026-cı il Dünya Kubokunda iştirak edəcəyik, amma ev sahibi ölkələr bizim narahatlıqlarımızı nəzərə almalıdırlar. Biz turnirdə iştirak edəcəyik, amma inanclarımızdan, mədəniyyətimizdən və baxışlarımızdan əl çəkməyəcəyik”, - İran Futbol Federasiyasının açıqlamasında deyilir.
İran tərəfinin irəli sürdüyü şərtlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) xidmət etmiş oyunçulara və məşqçi heyətinə viza verilməsi, həmçinin heyətə, İran bayrağına və dövlət himninə hörmət, hava limanlarında, otellərdə və komandanın oynayacağı stadionlara aparan yollar boyunca yüksək səviyyədə təhlükəsizlik tədbirləri yer alır.
Tətbiqimizi yükləyə bilərsiniz