
Yəqin ki, başlığı oxuyan kimi “Belə bir şey ola bilər?” - deyə soruşacaqsınız. Bəli, doğrudan da, belə bir şey ola bilər və həyat yoldaşınz sizi uşağınıza qısqana bilər.
Əslində, yeni gələn körpə evdəki atmosferi dəyişir, hətta demək olar ki, tərəflərin bir az da yaxınlaşmasına səbəb olur. Ancaq valideynlərin vaxtaşırı yol verdiyi səhvlər qısqanclıq probleminin baş qaldırması ilə nəticələnir.
Bəs qısqanclığa səbəb nədir?
1. İlk növbədə evdə vəzifələri düzgün yerinə yetirməmək: Tərəflər valideyn olduqdan sonra əsas vəzifələrini unudur və diqqəti daha çox uşağa verirlər.
2. Uşağa görə həyat yoldaşı ilə mibahisəyə girmək: Belə hallarda tərəflər bir-birilərinə xoşagəlməz sözlər deyir və ya uşağı səbəb göstərərək qarşı tərəfi ittiham edirlər.
3. Uşağı bəhanə gətirərək qarşı tərəfin tələblərinə cavab verməmək: Belə hallarda bir tərəf o biri tərəfə vaxt ayırmağa cəhd göstərmir. Bu isə tədricən tərəflər arasında ünsiyyətin azalmasına gətirib çıxarır.
Beləliklə, yuxarıda göstərdiyimiz səbəblərə görə həyat yoldaşınız sizi uşağınıza qısqanır. Nəticədə, o, istər-istəməz uşağınızın ona olan diqqətinizin azalmasına səbəb olduğunu düşünür və valideyn oldığu vaxta qədər olan mühiti axtarmağa başlayır. Təbii ki, bu, eyni zamanda həyat yoldaşınızın valideynlik roluna da mənfi təsir göstərir.
Başqa bir məsələ isə əvvəllər həyat yoldaşından istədiyi sevgini görə bilməyən tərəflərlə bağlıdır. Belə ki, onlar həyat yoldaşlarının uşağa göstərdiyi sevgini görür və həyat yoldaşlarının onları ikinic plana keçirdiklərini düşünürlər. Əslində bu, əvvəlki vəziyyətlə müqayisədə daha təhlükəlidir və ona görə də, burada əvvəlki vəziyyətlə müqayisədə daha həssas olmaq lazımdır. Əks halda, evdə əmin-amanlıq pozula və tərəflərin istər ailə vəzifələri, istərsə də valideynlik vəzifələri ziyan görə bilər. Bunun qarşısını almaq üçün isə əsas məsələ, nə olursa-olsun, tərəflərin həm valideyn, həm də həyat yoldaşı olduqlarını unutmamalarıdır.
Buna görə də, tərəflər istər bir-birilərinə müraciət edərkən, istərsə də bir-birilərinə tələblərini bildirərkən səmimiyyətlərini itirməməli və bir-birilərinə qarşı münasibətlərində təbii olmalıdırlar.
Digər tərəfdən, uşağın istər maddi, istər mənəvi tələbatları unudulmamalı, ancaq yenə də üstünlük təkcə uşağa verilməməlidir. Bundan başqa, tərəflər uşaqla bağlı mübahisələrə yol verməməli və uşaqla bağlı ittihamlar irəli sürməməlidirlər.
Unutmayın, nə olursa-olsun, evdəki mübahisələrə səbəb, uşaqlar yox, valideynlərdir.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz