Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
Yeniavaz.com xəbər verir ki, bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndərilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl 10 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
***19:21
Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.
Yeniavaz.com xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 16 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub.
Bundan başqa, bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin aktivləşməsi çərçivəsində Rusiyadan Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən tranziti də davam edir. Məlumata görə, sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq.
Bütün məhsullar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınacaq.
Tətbiqimizi yükləyə bilərsiniz