
Lobya, mərcimək, noxud və soya kimi adi qidalar yüksək təzyiq riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BMJ Nutrition, Prevention & Health” jurnalında dərc olunan məqalıdı bildirilib.
Qeyd olunub ki, araşdırmaçı alimlər ABŞ, Avropa və Asiyadan yüz minlərlə insanın iştirak etdiyi 12 böyük müşahidə tədqiqatının məlumatlarını təhlil ediblər.
“Nəticələr göstərib ki, paxlalıları tez-tez istehlak edən insanlarda hipertoniyanın inkişaf riski təxminən 16% daha aşağı olub. Müntəzəm olaraq soya istifadə edənlərdə isə risk daha da çox — təxminən 19% azalıb.
Ən yaxşı nəticə orta, amma müntəzəm porsiyalar zamanı müşahidə olunub: gündə təxminən bir porsiya paxlalı (təxminən 170 qram) və ya 60–80 qram tofu, edamame və ya soya südü kimi soya məhsulları”, - məqalədə qeyd olunub.
Eyni zamanda alimlər bildirirlər ki, real həyatda insanlar bu məhsulları dietoloqların tövsiyə etdiyindən xeyli az istehlak edirlər. Bu xüsusilə Avropa və Böyük Britaniyada daha qabarıq nəzərə çarpır:
“Bu təsirin mümkün izahı həmin məhsulların tərkibi ilə bağlıdır: onlar qan təzyiqinin normada saxlanmasına və damar sağlamlığının qorunmasına kömək edən kalium, maqnezium və liflə zəngindi”.
Tədqiqatçıların fikrincə, bu nəticələr bitki mənşəli qidaların ürək və damarlar üçün faydasını daha da əsaslandırır və qidalanma ilə bağlı sadə profilaktik tövsiyələrin hazırlanmasına əsas ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz