Ötən ilin sonuna qədər müharibədə 352 min rusiyalı ölüb – Yeni araşdırma


Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan rusların sayı 2025-ci ilin sonuna qədər 352 minə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatlar “Medusa” və “Mediazona” nəşrlərinin birgə araşdırmasında qeyd olunub.
Bildirilir ki, məlumatlar “Mediazona”nın BBC Rus Xidməti və bir qrup könüllü ilə birlikdə tərtib etdiyi ölənlərin siyahılarına, eləcə də Rusiya Vərəsəlik İşləri Reyestrinin məlumatlarına əsaslanır.
Tədqiqatın müəllifləri həlak olan əsgərlərin siyahısını və miras işləri reyestrini müqayisə edib və bu yolla müharibədə həlak olanların bütün yaş və sosial qrupları üçün reyestrə daxil olma ehtimalını hesablayıblar. Daha sonra, bu əmsala əsasən, jurnalistlər miras işlərini itkilər haqqında real məlumatlara çeviribər.
Jurnalistlər bildirirlər ki, onlar Ukraynada Rusiyanın tərəfində döyüşən digər dövlətlərin həlak olmuş vətəndaşları ilə bağlı məlumatları hesaba qatmayıblar.
Qeyd edək ki, Rusiya Ukraynada həlak olan rus əsgərlərinin sayını rəsmi olaraq açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top