
Bağdad Beynəlxalq Hava Limanı İran və İraq arasında hava əlaqəsinin 59 günlük dayandırılmasından sonra bu səhər Məşhəd şəhərindən ilk sərnişin reysini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu uçuş İran Mülki Aviasiya Təşkilatı ilə İraq Nəqliyyat Nazirliyi arasında əldə edilən razılaşmalar sayəsində mümkün olub.
Agentliyin məlumatına görə, bir neçə saat əvvəl təyyarə İraqın paytaxtı Bağdada uğurla eniş edib.
Tətbiqimizi yükləyə bilərsiniz