
Cümə günü Denver hava limanından Los-Ancelesə uçan “Frontier Airlines” təyyarəsi qalxma zamanı bir nəfəri vurub və sərnişinlər təxliyə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” hava limanının açıqlamasına istinadən məlumat yayıb.
“8 may 2026-cı il tarixində, təxminən saat 23:19-da (9 may, Bakı vaxtı ilə saat 09:19 – red.), Denver Beynəlxalq Hava Limanında “Frontier 4345” nömrəli təyyarə qalxma zamanı piyadanı vurub”, - hava limanının açıqlamasında deyilir.
Telekanalın məlumatına görə, toqquşmadan sonra 231 nəfərin olduğu təyyarənin mühərrikində qısamüddətli yanğın baş verib. Sərnişinlər təxliyə edilib və yanğın söndürülüb.

“Biz bu hadisəni araşdırırıq. Hava limanı və digər təhlükəsizlik orqanları ilə birlikdə əlavə məlumat toplayırıq”, - deyə “Frontier Airlines” şirkətinin açıqlamasında bildirilir.
Telekanalın məlumatına görə, Denver Polis Departamenti təyyarənin vurduğu kişinin şəxsiyyəti və ya vəziyyəti barədə məlumat yaymayıb.
Tətbiqimizi yükləyə bilərsiniz