İran-ABŞ danışıqları gələn həftə İslamabadda yenidən başlaya bilər – WSJ


İran və ABŞ müharibəyə son qoymaq məqsədi daşıyan və aylarla davam etməsi gözlənilən danışıqların əsasını təşkil edəcək 14 maddəlik anlaşma memorandumu üzərində işləyirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu danışıqların mərkəzində müharibəyə son qoyulması ilə bağlı müzakirələr olacaq.
“Danışıqlar gələn həftə İslamabadda yenidən başlaya bilər”, - nəşr yazır.
Bundan əlavə, İranın əvvəlki sərt mövqeyini yumşaldaraq nüvə proqramını müzakirə etməyə hazır olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top