
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür.


Tətbiqimizi yükləyə bilərsiniz