Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər


Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Yeniavaz.com
xəbər verir ki, Prezident Ümummilli Liderin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla yad edib.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə anıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət başçısı və birinci xanım akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
Qeyd edək ki, mayın 10-u Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.




DİGƏR XƏBƏRLƏR

Top