
“2026-cı ilin 9 Mayını Azərbaycanla sülh şəraitində qeyd edirik”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın Ermənistan xalqına müraciətində bildirilib.
“Artıq iki ildir ki, Ermənistan–Azərbaycan atışmaları nəticəsində nə həlak olanımız, nə də yaralananımız var, sərhədyanı yaşayış məntəqələrimiz atəş səslərindən uzaq bir mühitdə yaşayır. Bu, ölkəmizin müstəqillik əldə etməsindən bəri ilk dəfə qazandığımız ən mühüm nailiyyətdir.
Bu gün bizim vəzifəmiz əldə olunmuş sülhün qayğısına layiqincə qalmaq, onu hər gün daha möhkəm və daha etibarlı etməkdir. Bərqərar olmuş sülh ölkəmiz üçün onu indiyədək görünməmiş təhlükəsizlik, rifah və inkişaf səviyyəsinə çatdırmaq baxımından tarixi fürsətdir”, - deyə Paşinyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz