
Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından (dolaylarından) keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, “Baku TV” bu barədə süjet hazırlayıb.
Bildirilib ki, hadisə yolun 147-ci kilometrliyində baş verib. Sürüşmə nəticəsində asfalt örtüyünün bir hissəsi dağılıb, yolda iri çatlar və yarğanlar yaranıb. Hazırda magistralın bir zolağında hərəkət məhdudlaşdırılıb və sürücülər hərəkəti tək zolaqla davam etdirirlər.
Ətraflı videomaterialda:
Tətbiqimizi yükləyə bilərsiniz