
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində üç günlük atəşkəs elan edib.
Yeniavaz.com xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə müvafiq paylaşım edib.
Trampın sözlərinə görə, atəşkəs 9-11 may tarixləri arasında davam edəcək.
O, bunun öz təklifi olduğunu bildirib və Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə bunu təsdiqlədikləri üçün təşəkkür edib:
“Bu atəşkəs bütün hərbi əməliyyatların dayandırılmasını, eləcə də hər ölkədən 1000 nəfərin əsir mübadiləsini əhatə edəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz