
Slovakiyanın Baş naziri Robert Fitso Rusiya-Ukrayna müharibəsinin sona yaxınlaşdığına inanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Moskvaya gəldikdən sonra jurnalistlərə bildirib.
“Əminəm ki, artıq Rusiya-Ukrayna münaqişəsinin sonuna yaxınlaşırıq. Rusiya Prezidenti Vladimir Putinə çatdırmaq istədiyim əsas mesaj, əsas söz “dialoq”dur. Birlikdə görüşüb danışmalıyıq. Mən istənilən atəşkəsin tam tərəfdarıyam. İnanıram ki, masa arxasına oturub danışıqlar aparmaq yüz dəfə daha yaxşıdır”, - Fitso deyib.
Tətbiqimizi yükləyə bilərsiniz