“Muxtarın qayıdışı” serialının aktyoru vəfat etdi


Rusiya Akademik Gənclər Teatrının (RAMT) aktyoru, “Muxtarın qayıdışı” teleserialındakı İvanov rolu ilə tanınan Rusiyanın Əməkdar Artisti Vyaçeslav Nikolayev vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə RAMT məlumat yayıb.
67 yaşlı aktyorun xəstə olduğu və daha öncə insult keçirdiyi bildirilib.
Vyaçeslav Nikolaev 1958-ci ildə anadan olub. O, 1989-cu ildə LGITMiK-ni bitirib. Təxminən 20 il “Sfera” teatrında, iki il “Satira” teatrında və 10 ildən çox Rusiya Akademik Gənclər Teatrında çalışıb. Teatrda “Utopiya sahili” trilogiyasında Ketçer və Kinkel, “Lorenzaçço”da Markiz Çibo, “Kapitan Vrungelin macəraları”nda bankir Krauf, “Nürnberq”də Verner Lamppe, “Çexov-Qala”da bankir və “Qırmızı yelkənlər”də Menners rollarını canlandırıb. Onun filmoqrafiyasına “Muxtarın qayıdışı”nda İvanov da daxil olmaqla, film və televiziya seriallarında 20-dən çox rol daxildir.

DİGƏR XƏBƏRLƏR

Top