
İran Hərbi Dəniz Qüvvələri Barbados bayrağı altında üzən və “neft ixracına müdaxilə etməyə və İran xalqının maraqlarına zərər vurmağa cəhd edən” Okean Koi tankerini saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, saxlanıldıqdan sonra gəmi İslam Respublikasının cənub sahilinə qaytarılıb.
“Tasnim” öz növbəsində İran hərbi qulluqçularının gəmiyə yaxınlaşdığını, ona mindiyini və İran bayrağını dirəyinə qaldırdığını göstərən görüntüləri yayımlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz