Xınalıqda qar yağır – Faktiki hava


Mayın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir. Bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.
Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğux, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.
Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur.
Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.

DİGƏR XƏBƏRLƏR

Top