Böyük Britaniya Rusiya ilə müharibəyə hazırlaşır?

Böyük Britaniya Rusiydan gözlənilən müharibə təhlükəsinə qarşı hərbi təlimlərə başlayıb. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Böyük Britaniya La-Manş altındakı tunel vasitəsi ilə Rusiyadan gələn müharibə təhlükəsinə qarşı keçirilən hərbi təlimlərə özünün zirehli texnikasını göndərib. Bununla əlaqədar "Sun" (The Sun) qəzeti yazır ki, aralarında "Çellenger" tankı da olmaqla 5 Böyük Britaniya zirehli maşını La-Manş tuneli vasitəsi ilə Fransada keçirilən hərbi təlimlərə göndərilib. Zirehli texnikanın tuneldən keçidi olduqca qısa müddətdə həyata keçirilib. "Sun"un məlumatına görə, hərbi təlimlər NATO-nun Şərqi Avropadakı çevik güclərinə dəstək çərçivəsində baş tutub. Qəzetin yazdığına görə, bir neçə ildən sonra Böyük Britaniyanın Almaniyadakı hərbi bazası bağlanacaq və ona görə də adı şəkilən ölkə Rusiyadan gələn təhlükəyə qarşı öz hərbçilərini qısa yolla və operativ şəkildə Avropada yerləşdirilməsi imkanlarını axtarır. "Sun" yazır: "Böyük Britaniya hərbi texnikasının qısa vaxtda Avropa qitəsinə çatdırılması üçün La-Manş tunelindən istifadə etdi. Bu, müharibə şəraitində Böyük Britaniyaya hərbi güclərinin çevikliyini daha da artırmağa imkan verəcək".

Qəzetin yazdığına görə, zərurət yaranacağı təqdirdə Böyük Britaniya tanklarının hərbi gəmilər və hərbi yük təyyarələri vasitə ilə də Avropaya daşınmasını təmin edəcək.

DİGƏR XƏBƏRLƏR

Top