
Bakıdan Gürcüstanın Bakuriani, Barjomi, Ukraynanın isə Kiyev şəhərinə avtobus reysinin açılması gözlənilir. Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı bildirib. Onun sözlərinə görə, yeni reyslər çox güman ki yaxın iki ay müddətində açıqlacaq: “Bu istiqamətdə danışıqlar gedir. Detallar barəsində isə hələki informasiya yoxdur”, - deyə o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz