
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Mançester Yunayted”ə keçməyi düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, 24 yaşlı ingilis 2025-ci ilin yayında da “Mançester Yunayted”ə keçmək istəyib və əgər klub hələ də transferdə maraqlıdırsa, indi danışıqlara qayıtmağa hazırdır.
Qeyd edək ki, daha əvvəl Palmerin Mançesterdə ömürlük vətən həsrəti çəkdiyi bildirilirdi. O, “Mançester Siti” klubunun gənclər sisteminin yetirməsidir və 2023-cü ilin sentyabrında “Çelsi”yə qoşulub.
Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz