
ABŞ aviaşirkətlərinin təyyarə yanacağının qiyməti mart ayında İranla bağlı münaqişə səbəbindən fevral ayı ilə müqayisədə 56,4% artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ aviaşirkətləri mart ayında yanacağa 5,06 milyard dollar xərcləyiblər ki, bu rəqəm fevral ayında 3,23 milyard dollar olub. 2025-ci ilin mart ayı ilə müqayisədə isə bu, təxminən 30% artım deməkdir.
Xərclərin kəskin artması İranla bağlı münaqişənin başlamasından və Hörmüz boğazının bağlanmasından sonra baş verib. Aprel ayında bəzi bölgələrdə reaktiv yanacağın qiyməti bir qallon üçün 4 dolları keçib.
Xərclər artdıqca, aviaşirkətlər 2026-cı il üçün proqnozlarını yenidən nəzərdən keçirir və ya tamamilə imtina edirlər.
Bununla yanaşı, hava səyahətlərinə tələbat güclü olaraq qalır. Mart ayında aviabilet satışları illik müqayisədə 12% artaraq, 10,4 milyard dollara çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz