Mbappenin petisiyasında imzaların sayı 40 milyonu keçdi


Fransız hücumçu Kilian Mbappenin “Real Madrid”dən getməsini tələb edən petisiya 40 milyondan çox imza toplayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Məlumata görə, iki gün əvvəl bu rəqəm cəmi 11 milyon olub.
Qeyd edək ki, Mbappenin İspaniya liqasının “Barselona” ilə 35-ci tur matçından əvvəl İtaliyaya tətilə getməsi birmənalı qarşılanmayıb və xüsusilə azarkeşlər tərəfindən ciddi tənqid olunub.
Fransalı hücumçunun intizam məsələləri ilə bağlı da ciddi problemləri olduğu bildirilir.
“L'Equipe” qəzeti isə bundan əvvəl Mbappenin komandanın oyunçuları ilə münasibətlərinin pisləşdiyini bildirmiş, oyunçuların fransız futbolçunun klubda xüsusi imtiyazlardan istifadə etdiyinə inandıqlarını əlavə etmişdi.
Qeyd edək ki, 27 yaşlı Kilian Mbappe 2024-cü ildən bəri “Real Madrid”də oynayır. Onun əvvəlki klubu Fransanın “Pari Sen Jermen” klubu olub.
Bu mövsüm Mbappe bütün turnirlərdə 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə, o, Madrid klubunda 100 oyunda 85 qol vurub və 11 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Real Madrid”in “Barselona” ilə oyunu mayın 10-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top