
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda bütün ixtisaslardan olan həkimlərin sayı 35,2 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 20 ildə 2005-2025-ci illərdə həkimlərin sayı 5,1 min nəfər artıb.
Məlumat üçün onu da bildirək ki, 2005-2024-cü illərdə Azərbaycanda tibb ixtisasları üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı 16 min 167 nəfər olub. Bu dövrdə, yəni 2005-2024-cü illərdə isə həkimlərin sayı 3,5 min nəfər artıb.
Qeyd edək ki, müalicə işi ixtisası üzrə ali təhsil müəssisələri tərəfindən məzun olanların sayı 9 min 793 nəfər, pediatriya ixtisası üzrə məzun olanların sayı 1 034 nəfər, stomatologiya ixtisası üzrə məzun olanların sayı isə 1 944 nəfər olub.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi son 19 ildə müalicə işi, pediatriya və stomatologiya ixtisasları üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı 12 min 771 nəfər olub.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz