“Dünya Kuboku bileti üçün o qədər pul ödəməzdim” – Tramp


ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Kubokundakı biletlərin yüksək qiymətlərinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Ağ Ev rəhbəri konkret olaraq bidirib ki, ABŞ-nin Dünya Kubokundakı Paraqvayla açılış matçı üçün 1000 dollar ödəməzdi.
“Mən bu rəqəmi bilmirdim. Əlbəttə ki, orada olmaq istərdim. Amma açığı, bunun üçün o qədər pul ödəməzdim”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, FİFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Biletlərin qiyməti 100 dollardan (təxminən 170 manat) 6370 dollara (təxminən 10 890 manat) qədər dəyişir. FIFA-nın satdığı ən bahalı final bileti isə 8680 (təxminən 14 760 manat) dollardər.

DİGƏR XƏBƏRLƏR

Top