Müharibə veteranlarına ən çox hansı ölkə pul mükafatı verir? – Siyahı


Xəbər verdiyimiz kimi, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədəki fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.
Yeniavaz.com
xəbər verir ki, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750 manat məbləğində birdəfəlik pul mükafatının verilməsi nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda olduğu kimi, keçmiş SSRİ ölkələrinin əksəriyyətində də İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 9 May – Qələbə Günü ərəfəsində pul mükafatları verilir.
Bəzi keçmiş SSRİ ölkələrində İkinci Dünya müharibəsi iştirakçılarına veriləcək pul mükafatının məbləği aşağıdakı kimi olacaq:
Qazaxıstan – 10 700 dollar (5 000 000 tengə);
Özbəkistan – 2 400 dollar (30 000 000 sum);
Qırğızıstan – 2 300 dollar (200 000 som);
Azərbaycan – 1 618 dollar (2 750 manat);
Belarus – 1 500 dollar (5 000 rubl);
Gürcüstan – 700 dollar (2 000 lari);
Moldova – 560 dollar (10 000 ley);
Rusiya – 110 dollar (10 000 rubl);
Türkmənistan – 11 dollar (200 manat);


Onu da qeyd edək ki, Rusiya və Qazaxıstanda pul mükafatının məbləği regionlardan asılı olaraq dəyişir. Türkmənistanda isə milli valyutanın rəsmi məzənnəsinə görə (1 dollar = 3,5 manat) bu məbləğ 57 dollar etsə də, milli valyutanın real məzənnəsinə görə (1 dollar = 17,5 manat) birdəfəlik pul mükafatı 11 dollara bərabər olur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top