
Amerikalı iş adamı İlon Mask tərəfindən qurulan “Neuralink” şirkəti beynin istənilən nahiyəsində əməliyyat apara biləcək robot cərrah hazırlamağa başlayıb.
Yeniava.com xəbər verir ki, bu barədə şirkətin rəsmi “X” sosial şəbəkə səhifəsində məlumat verilib.
“Biz beynin istənilən hissəsində əməliyyat edə bilən robot cərrah hazırlayırıq. Layihənin məqsədi beyinlə əlaqəli geniş xəstəliklərin müalicəsinə imkan verəcək universal neyron interfeysi yaratmaqdır”, - şirkət qeyd edib.
Şirkət həmçinin qeyd edib ki, hazırlanan cihazlar eksperimental xarakter daşıyır və hələ ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənməyib.
Tətbiqimizi yükləyə bilərsiniz