
Abşeron rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Proqress İnşaat EN” MMC (VÖEN – 2007110451) olub.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti Şəfəq və Mehdiabad qəsəbələrində abadlıq və təmir işləri üçün “Proqress İnşaat EN” MMC -yə 352 min 643 manat 29 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Həsən Məcidov ev 14-də yerləşir. Qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğlu olan “Proqress İnşaat EN” MMC Abşeron rayon İcra Hakimiyyətinin abadlıq və təmir işlərilə bağlı keçirdiyi əksər tender müsabiqələrində qalib olur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz