
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 33-cü turunda “Əl-Şəbab”ı 4-2 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir kiI, qalib komandanın qollarını Joao Feliks (3-cü, 10-cu və 90+8-ci dəqiqələr) və Kriştianu Ronaldo (75-ci dəqiqə) vurub.
Məğlub komandanın qollarını Yannik Karrasko (30-cu dəqiqə) və Əli Əl-Bulayhi (80) vurub.
Ronaldonun vurduğu qol Səudiyyə Ərəbistanı liqasında vurduğu 100-cü qol olub. O, 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə qoşulub.
Portuqaliyalı hücumçu həmçinin, peşəkar karyerasının 971-ci qolunu vuraraq, futbol tarixinin ən çox qol vuran oyunçusu olub.
Ronaldo ümumilikdə dörd müxtəlif liqada 100 qol həddini keçib. Əvvəllər bu göstəricini o, İspaniya, İngiltərə və İtaliya liqalarında əldə edib. Karyerası ərzində o, həmçinin “Real Madrid”, “Mançester Yunayted” və “Yuventus” klublarında oynayıb. Ronaldonun 100 qola çata bilmədiyi yeganə klub karyerasına başladığı “Sportinq” klubu olub.
Hazırda “Əl-Nəsr” 82 xalla Səudiyyə Ərəbistanı Liqasının turnir cədvəlinə başçılıq edir. “Əl-Şəbab” isə 32 xalla 13-cü yerdədir. Səudiyyə Ərəbistanı çempionatının başa çatmasına 1 tur qalıb.
Növbəti matçında “Əl-Nəsr” 77 xalla ikinci yerdə olan “Əl-Hilal”ı qəbul edəcək. Oyun mayın 12-də keçiriləcək. “Əl-Hilal”ın ehtiyatda bir oyunu var.
Tətbiqimizi yükləyə bilərsiniz