
Gülşən Vəliyevanın “Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinin müavini təyin edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Manşet” məlumat yayıb.
Bildirilib ki, imzalanan müvafiq əmrlə Gülşən Vəliyeva “Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinin müavini təyin edilib.
Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin qızıdır.
Tətbiqimizi yükləyə bilərsiniz