
Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya onun oğlu Ayxan İslamzadə bildirib.
Onun sözlərinə görə, Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.
“Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər”, - Ayxan İslamzadə bildirib.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu isə bildirib ki,Akif İslamzadə dünən gecə 01:00 radələrində ürəyin ön divarının kəskin böyük infarktı ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib:
“Həmin vaxt Akif İslamzadənin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, dərhal təcili təxirə salınmaz tədbirlər görülüb
Ürəyin ən böyük damarı tamamilə tıxanmışdı, 100 faiz tıxanıqlıq və tromb var idi. Dərhal müdaxilə edildi və stent implantasiyası olundu. Bir gün reanimasiyada qaldıqdan sonra stasionar şöbəyə yerləşdirildi. Hazırda vəziyyəti stabildir”.
Tətbiqimizi yükləyə bilərsiniz