
İsraildə bir xəstənin Şərqi Avropaya səfərindən sonra hantavirus infeksiyasına ilk yoluxma halı aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, xəstə bir neçə ay əvvəl Şərqi Avropada olduğu müddətdə yoluxmuş ola bilər. O, hantavirus simptomları ortaya çıxdıqdan sonra tibbi yardım üçün müraciət edib.
Qeyd edək ki, mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Atlantik okeanını Argentinadan Kabo-Verdeyə kedən Hollandiyanın “MV Hondius” kruiz gəmisində hantavirusun yayıldığını bildirib. İndiyə qədər 8 yoluxma halı məlum olub, onlardan 3-ü ölüb.
Xatırladaq ki, hantaviruslar insanlarda böyrək sindromu ilə müşayiət olunan hemorragik qızdırma və hantavirus ürək-ağciyər sindromuna səbəb ola bilən patogenlər qrupudur. İnfeksiyanın əsas daşıyıcıları gəmiricilərdır. İnsanlar heyvanların tüpürcəyi və nəcisi ilə xaric olan kiçik virus tərkibli hissəciklərlə nəfəs alaraq yoluxurlar. Risk xüsusilə qapalı, zəif havalandırılan məkanlarda daha yüksəkdir.
Tətbiqimizi yükləyə bilərsiniz