Bakıda aylıq kirayəsi 10 000 manat olan mənzil var

Bakı şəhəri ərazisində 2017-ci ilin yanvar ayında mənzillərin kirayə haqlarında artım müşahidə olunub. Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən ucuz mənzillər (200-500 AZN) üzrə kirayə haqqı 3,9%, orta qiymətə olan mənzillər (500-1 000 AZN) 1,4%, bahalı mənzillər (1 000-3 000 AZN) 4,9% artıb, eksklüziv mənzillər (3 000-10 000) üzrə isə 5,2% enib. Bu barədə "Yeniavaz.com" "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən xəbər verir. Ən çox paya ucuz və orta qiymətə kirayə olan mənzillər malikdir. Belə ki, ucuz mənzillər 43,7%, orta qiymətə olan mənzillər 43,0% təşkil edib. Bahalı mənzillərin payı 13,3% qeydə alınıb. Ən az paya (0,1%) eksklüziv mənzillər sahib olub. Bakı şəhəri üzrə ən ucuz 1-otaqlı əşyasız kirayə mənzil Köhnə Günəşli qəsəbəsində yerləşir və aylıq kirayə haqqı 180 manat təşkil edir. Paytaxtda ən bahalı kirayə mənzil Səbail rayonunda yerləşir və aylıq 10 000 manat təşkil edir (şəhərə və dənizə panoraması olan "Flame of Towers" yaxınlığında yerləşən 530 kv.metrlik 5-otaqlı eksklüziv təmirli və tam əşyalı mənzil).

DİGƏR XƏBƏRLƏR

Top