
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya diplomatik missiyasına çağırılan Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“S7 may tarixində Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. O, xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşübəfirə Ermənistan tərəfinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi üçün platforma təmin etməsinin qəti şəkildə qəbuledilməz olduğu bildirilib”, - bəyanatda bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi Moskvanın bu məsələdə qəzəbləndiyini vurğulayıb və rəsmi İrəvanın yuxarıda adı çəkilən qonağın bu cür kobud davranışına lazımi mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlığa əsaslanan təbiətinə zidd hesab edir.
Həmçinin, diplomatik mənbə TASS-a bildirib ki, söhbət son dərəcə sərt olub:
“9 may ərəfəsində İrəvanda təşkil edilən Rusiya əleyhinə iğtişaşlar və Zelenskinin Ermənistan paytaxtında səsləndirdiyi terror hücumları ilə bağlı birbaşa təhdidlər, iştirak edənlərin hamısının səssiz razılığı ilə, Ermənistan rəhbərliyinin Moskvada verdiyi müttəfiq öhdəliklərinə və dostluq zəmanətlərinə ziddir”.
Tətbiqimizi yükləyə bilərsiniz