
Çərşənbə günü İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna və Qərbi Bekaa bölgəsinə intensiv zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində son 24 saat ərzində 3 nəfər həlak olub, 42 nəfər yaralanıb:
“Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2715-ə, yaralıların sayı isə 8353-ə çatıb”.
Səhiyyə Nazirliyi xilasedicilərin bəzi ərazilərdə dağıntıları təmizləməyə davam etdiyini və itki və yaralıların sayının arta biləcəyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz