İki ispan məşqçi ÇL-nin finalında qarşılaşacaq − Tarixdə ilk


Çempionlar Liqası və Avropa Kuboku tarixində ilk dəfə olaraq finalda iki ispan məşqçi iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tanınmış jurnalist Pedro Martin sosial şəbəkə hesabında məlumat yayıb.
Həlledici oyunda Luis Enrikenin məşqçi olduğu “Paris Saint-Germain”, Mikel Artetanın məşqçi olduğu “Arsenal” ilə qarşılaşacaq.
Qeyd edək ki, əvvəllər eyni ölkədən olan məşqçilərin finalda bu cür eyni vaxtda meydana çıxması yarışın tarixində (Çempionlar Liqası və Avropa Kuboku) cəmi dörd dəfə baş verib: 1979 - “Nottingem Forest” (Brayan Klaf) və “Malmö” (Bob Houton); 2003 - “Yuventus” (Marçello Lippi) və “Milan” (Karlo Ançelotti); 2013 - “Borussiya Dortmund” (Yurgen Klopp) və “Bayern Münhen” (Yupp Heynkes); 2020 - PSJ (Tomas Tuxel) və “Bayern” (Hans-Diter Flik).

DİGƏR XƏBƏRLƏR

Top