
“İran və ABŞ Hörmüz boğazının tədricən açılması müqabilində ABŞ-nın İran limanlarına qarşı tətbiq etdiyi blokadanı yumşaltmaq barədə razılığa gəliblər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr iddia edir ki, Hörmüz boğazının tədricən açılması müqabilində blokadanı yumşaltmaq barədə razılığa gəlinib.
Onların sözlərinə görə, ABŞ və İran arasındakı münaqişə səbəbindən Fars körfəzində ilişib qalan gəmilərlə bağlı yaxın gələcəkdə irəliləyiş mümkündür.
Xatırladaq ki, fevralın 28-i ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıb və nəticədə 3000-dən çox insan həlak olub. Vaşinqton və Tehran aprelin 8-i iki həftəlik atəşkəs elan ediblər. İslamabadda sonrakı danışıqlar nəticəsiz başa çatıb, hərbi əməliyyatların bərpa olunmadığı bildirilib, lakin ABŞ İran limanlarını blokadaya alıb.
Blokadadan sonra İran qüvvələri Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa edib.
Tətbiqimizi yükləyə bilərsiniz