Mask bu il rekord məbləğdə vergi ödəyib − 10 milyard...


“SpaceX”in qurucusu İlon Mask bu il 10 milyard dollar vergi ödəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə planetin ən varlı adamı sosial şəbəkə hesabında məlumat yayıb.
“Mən bir ildə 10 milyard dollar vergi ödəmişəm - tarixdə hər kəsdən daha çox”, - Mask yazıb.
Sahibkar qeyd edib ki, o öləndə daha 40% əmlak vergisi ödəniləcək. O, ümumi vergi hesabının “trilyonlarla dollar” olacağına inanır.
“Forbes” jurnalının mart ayında açıqladığı reytinqə görə, Mask ardıcıl ikinci il dünyanın ən varlı insanların siyahısına başçılıq edib. Qeyd edilib ki, onun xalis sərvəti 839 milyard dollar olaraq qiymətləndirilir ki, bu da ötən ilki 342 milyard dollarlıq proqnozdan iki dəfə çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top