
“Opta Analyst” superkompüteri yarımfinal mərhələsindən sonra 2025/2026 Çempionlar Liqasının qalibi üçün yeni proqnozunu dərc edib.
Yeniavaz.com xəbər verir ki, bu proqnoza görə, İngiltərə nəhənginin Avropanın əsas yarışında ilk titulunu qazanacağı gözlənilir.
Belə ki, “Opta Analyst” “Arsenal” üçün 55,76% “Paris Sen Jermen” üçün isə 44,24% in proqnoz müəyyən edib.
Qeyd edək ki, 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal” “Atletiko Madrid”i (1-1, 1-0), PSJ isə “Bavariya Münhen”i (5-4, 1-1) məğlub edib.
Xatırladaq ki, Avropanın əsas turnirinin finalı 30 mayda Macarıstanın Budapeşt şəhərində keçiriləcək. Parislilər hazırkı çempiondur. “Topçular” ötən mövsüm yarımfinala yüksəliblər və son çempiona məğlub olublar.
Tətbiqimizi yükləyə bilərsiniz