Çinin iki keçmiş müdafiə naziri ölüm cəzasına məhkum edildi


Çinin iki keçmiş müdafiə naziri Vey Fenqe və Li Şanfu korrupsiyaya görə ölüm cəzasına məhkum ediliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sinxua” agentliyi hərbi məhkəməsinin bu gün çıxardığı qərara istinadla məlumat yayıb.
Hər iki təqsirləndirilən şəxs əvvəllər Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasında xidmət edib, Dövlət Şurası üzvü statusunu alıb, həmçinin, Çinin Müdafiə Nazirliyinə rəhbərlik ediblər. Onlar rüşvət almaqda və verməkdə təqsirli biliniblər.
Onlara oxunan hökmlər də eyni olub: iki illik möhlətlə ölüm cəzası, ömürlük siyasi hüquqlardan məhrum etmə və bütün şəxsi əmlaklarının müsadirə edilməsi.
Ancaq Çin qanunlarına görə, hər iki keçmiş nazirin ölüm cəzası iki illik möhlətdən sonra ömürlük həbs cəzası ilə əvəz edilə bilər.
İki illik möhlətlə verilən bu cür ölüm cəzaları yerli hüquq sisteminin unikal xüsusiyyətidir. Belə ki, məhkum edilmiş şəxs həbsdən sonrakı iki il ərzində qəsdən cinayət törətmədikdə ölüm cəzası avtomatik olaraq ömürlük həbs cəzası ilə əvəz olunur. Bəzi hallarda, ilkin hökm çıxarılarkən ölüm cəzasını sonradan 25 illik həbs cəzası ilə əvəz etmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top