
İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda Ali Rəhbər Müctəba Xamenei ilə görüşdüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Peseşkian görüşün səmimi atmosferdə keçdiyini və müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib”, - Prezidentin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.
Qeyd edək ki, bu, Xamenei ilə Pezeşkian arasında şəxsi görüşün ilk rəsmi məlumatıdır. Martın 12-də İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqayi Ali Liderin ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını bildirib. Hərbi əməliyyatlar başlayandan bəri Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb. Onun bütün açıqlamaları yazılı şəkildə dərc olunub və ya oxunub.
Tətbiqimizi yükləyə bilərsiniz