Evlilikdə böyük yaş fərqi qadınların ömrünü qısalda bilər


Ərlə arvad arasındakı yaş fərqinin qadınların ömür uzunluğuna mənfi təsir göstərə biləcəyi müəyyən olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan araşdırmada bildirilib.
Araşdırmada təxminən iki milyon cütlüyün məlumatları təhlil olunub. Nəticələr göstərib ki, kişilər üçün özlərindən daha gənc qadınla evlilik daha uzun ömürlə əlaqələndirilir. Qadınlarda isə vəziyyət fərqli olub.
Tədqiqata görə, qadının əri ilə arasındakı yaş fərqi artdıqca ölüm riski də artır. Bu hal qadının ərindən həm böyük, həm də kiçik olduğu münasibətlərdə müşahidə edilib. Mütəxəssislər hesab edirlər ki, qadınlar üçün ən uyğun seçim özləri ilə eyni yaşda və ya yaş fərqi az olan şəxslə evlilikdir.
Araşdırmada qeyd olunub ki, qadın özündən 7-9 yaş kiçik kişi ilə evləndikdə ölüm riski təxminən 20 faiz artır. Kişilərdə isə əks nəticə müşahidə olunub.
Alimlər bunun səbəblərindən biri kimi sosial təzyiqi göstərirlər. Onların fikrincə, yaş fərqi çox olan münasibətlərdə, xüsusilə qadının özündən gənc kişi ilə evli olması sosial dəstəyin azalmasına və stressin artmasına səbəb ola bilər.
Bununla yanaşı, araşdırma müəllifləri vurğulayıblar ki, ümumilikdə evli insanlar subaylarla müqayisədə daha uzun ömür sürürlər.

DİGƏR XƏBƏRLƏR

Top