
İranla münaqişə fonunda fevral ayından bəri ABŞ Yaxın Şərqdəki bazalarındakı qoşun kontingentini təxminən 10 000 nəfər artıraraq, 50 000-ə çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatından əvvəl Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40 000 Amerika hərbçisi yerləşdirilib. Hazırda bu bazalardakı ABŞ hərbçilərinin sayı 50 000-i keçib.
Bildirilir ki, Yaxın Şərqdəki bütün kontingent tam döyüş hazırlığı vəziyyətindədir.
Qəzet yazır ki, Ağ Ev İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olması ilə bağlı ziddiyyətli siqnallar göndərir.
Tətbiqimizi yükləyə bilərsiniz