Paşinyan məzuniyyətə çıxır – 9 May paradına getməyəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-dən məzuniyyətə çıxır.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, o, bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə məlumat verib.
Paşinyan Ermənistanda parlament seçkiləri üçün seçki kampaniyasının 8 mayda başladığını elan edib və hökumət üzvlərinin əksəriyyətinin kampaniyada iştirak etmək üçün bu müddət ərzində məzuniyyətə çıxacağını bildirib.
“Parlament seçkiləri kampaniyası sabah başlayır. Mən və əsasən hökumət üzvlərinin əksəriyyəti kampaniyada iştirak etmək üçün tətildə olacağıq”, - deyə Ermənistanın Baş naziri qeyd edib.
Digə tərəfdən, Paşinyan seçki kampaniyası səbəbindən Moskvada keçiriləcək 9 May - Qələbə Günü paradında iştirak etməyəcəyini bildirib.
Ermənistanın Baş naziri qeyd edib ki, o bu barədə aprel ayında Rusiyaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri bu il iyunun 7-də keçiriləcək. On doqquz siyasi qüvvə iştirak etmək üçün Ermənistan Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib. Siyahıya əsasən, seçkilərdə 17 partiya və iki partiya bloku iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top