
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana Çindən ümumi dəyəri 63,8 min dollar olan 840 000 ədəd fişəng idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Çindən idxal olunan bir ədəd fişəngin orta gömrük dəyəri 7,5 sent (12,9 qəpik) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 2 ayında Çindən idxal edilən fişənglərin sayı 4,4 dəfə artıb, bir ədəd fişəngin orta gömrük dəyəri isə 18 dəfə aşağı düşüb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz