
Hazırda təxminən 1600 gəmi Hörmüz boğazı yaxınlığındadır və oradan keçə bilmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Teekanalın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri indiyə qədər yalnız iki gəmini sulardan keçirməyə nail olub.
CNN-in məlumatına görə, ABŞ və İran arasında Hörmüz boğazında münaqişə başlayandan bəri 32 gəmi atəşə tutulub, nəticədə 10 nəfər ölüb, onlarla insan yaralanıb.
Qeyd edək ki, mayın 5-də ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İranla razılaşma üzrə danışıqların uğurla başa çatacağı, eyni zamanda razılaşmanın əldə ediləcəyi barədə məlumat alana qədər Hörmüz boğazından gəmilərin tranzitini təşkil edən “Azadlıq Layihəsi” əməliyyatını dayandırmaq qərarına gəldiyini bildirib. O, həmçinin qeyd edib ki, ABŞ Pakistan və digər ölkələrdən bu barədə rəy alıb.
Tətbiqimizi yükləyə bilərsiniz