Türkiyə-Ermənistan danışıqlarının tərcüməçisi qəfil vəfat etdi


Türkiyə-Ermənistan danışıqlarının tərcüməçisi Gevorq Kaloşyan vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  “ArmLur.am” portalı mənbələrə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, onun ölüm səbəbi ürək tutması olub.
Portalın qeyd etdiyinə görə, Gevorq Kaloşyan son vaxtlar demək olar ki, bütün Türkiyə- Ermənistan danışıqlarında Ermənistan tərəfinin tərcüməçisi kimi çıxış edib.
O, həmçinin bir gün əvvəl Gümrü-Qars dəmir yolunun bərpası və yenidən açılması ilə bağlı işçi görüşdə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top