
Azərbaycan Mərkəzi Bankı tərəfindən “Bank Respublika” ASC ilə bağlı icrası məcburi sərəncam verilib.
Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata görə, bank tərəfindən müştəri köçürmələrinin və inkasso sərəncamının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərinin pozulması halları aşkarlanıb.
Bununla əlaqədar olaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsi rəhbər tutularaq “Bank Respublika” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi tapşırılıb.
Eyni zamanda, məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı banka icrası məcburi sərəncam verildiyi bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz